Deputat Naftalanda mülki şəhidlərin anım mərasimində iştirak etdi – FOTOLARbackend

Bu gün Ermənistan silahlı birləşmələrinin ölkəmizin dinc əhalisinə növbəti dəfə toplarla atəş açması nəticəsində Naftalan şəhərinin Qaşaltı Qarayonlu kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü olmaqla bütövlüklə bir ailənin beş üzvünün həlak olmasının birinci ildönümüdür. Bu münasibətlə mülki şəhidlərin anım mərasimi keçirilmişdir. Anım mərasimində Milli Məclisin deputatı Anar Məmmədov şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının nümayəndələri və şəhər ictimaiyyəti iştirak edib.

Şəhidlərin məzarı önündə keçirilən tədbir onların xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Deputat və başçı şəhidlərin yaxınları ilə həmsöhbət olub. Görüşdə vurğulanıb ki, mənfur düşmən Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq Naftalan şəhəri Qaşaltı kəndini və Goranboy rayonunu ağır silahlardan atəşə tutmuş, nəticədə bir ailənin 5 üzvü və bir nəfər Goranboy rayon sakini vəfat etmişdir. Təəssüf ki, erməni “oyununun” qurbanına çevrilənlər arasında körpə fidanlarımız, günahsız uşaqlarımız da yer alıb. Lakin bütün bu itkilərimizlə yanaşı bizim ən böyük təsəllimiz bütün şəhidlərimizin qanının yerdə qalmaması, haqq ədalətin zəfər çalması oldu.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı veririk. Vətən, başın sağ olsun!