Deputat Naqif Həmzəyev seçiciləri ilə görüşüb – FOTObackend

Milli Məclisin deputatı Naqif Həmzəyevin YAP Gəncə şəhər təşkilatının inzibati binasında seçiciləri ilə növbəti görüşü keçirilib.

“Yeni Gundem” xəbər verir ki, mütəmadi olaraq keçirilən görüşdə millət vəkili Naqif Həmzəyev vətəndaşlar tərəfindən səsləndirilən problemləri diqqətlə dinləyib, müraciətlərin tez bir zamanda müsbət həlli üçün aidiyyatı qurumları məlumatlandıracağını bildirib.

Görüş zamanı vətəndaşları narahat edən problemlər qeydiyyata götürülüb. Qəbula gələnlər tərəfindən səsləndirilən əsas məsələlər sırasında məşğulluq, sosial şəratin yaxşılaşdırılması, tibbi ehtiyaclarının təmin edilməsi ilə bağlı məsələlər başlıca yer alıb.

Səmimi qəbul vətəndaşlar tərəfindən müsbət qarşılanıb. Seçicilər onların sosial problemlərinin həlli istiqamətində göstərdiyi böyük diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.