Deputat:“Pandemiya dövründə ağır iş şəraitində işləyənlərdən biri də polislərdir-VİDEObackend

Koronavirus pandemiyasının bəşəriyyəti sınağa çəkdiyi günlərində xalqımız bir daha ən yaxşı xüsusiyyətlərini nümayiş etdirdi. Vətənimizin təhlükəsizliyi, insanların sağlamlığının qorunması naminə hər kəs birlik oldu, yenilməzlik nümayiş etdirdi.

Cəsarətli tibb işçilərimiz, könüllü gənclərimiz, hərbi qulluqçularımızla yanaşı polis əməkdaşları da fədakar fəalliyyətləri, nümunəvi davranışları ilə soydaşlarımızın təhlükəsizliyi keşiyində ayıq-sayıq dayandılar.

“Yeni Gündəm” xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin növbədənkənar sessiyasına çıxışı zamanı deyib.

“Pandemiya dövründə ağır iş şəraitində işləyənlərdən biri də polislərdir. Təklif edərdim ki, həvəsləndirmək üçün polislərə də əlavə vəsait ödənilsin”.
Qanunu ən çox pozanların gənclər olduğunu diqqətə çatdıran Naqif Həmzəyev layihədə nəzərdə tutulan məbləğin tələbə və gənclər üçün olduqca yüksək olduğunu da diqqətə çatdırıb.

Millət vəkili eyni zamanda maskaların əlçatan olması üçün apteklərlə yanaşı marketlərdə də satılmasını təklif edib.

Naqif Həmzəyev:Koronavirus pandemiyası bəşəriyyəti sınağa çəkdiyi günlərində xalqımız bir daha ən yaxşı xüsusiyyətlərini nümayiş etdirdi.

Gepostet von Xəbərin Olsun am Montag, 1. Juni 2020