Deputat Qaradağlı kəndində aparılan abadlıq-quruculuq işləri ilə tanış oldu – FOTObackend

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Qaradağlı kəndində Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ziyalıları və ağsaqqalları ilə birgə şəhid ailələrini ziyarət edib, kənddə gedən abadlıq-quruculuq işləri ilə tanış olub, şəhid ailələrini narahat edən məsələləri dinləyib.

“Yeni Gündəm” xəbər verir ki, Şəhidlərin doğmaları ilə söhbət zamanı Vətən müharibəsində tarix yazan oğulların keçdikləri döyüş yolundan danışılıb, onlarla bağlı xatirələr bir daha anılıb. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələrinin hər zaman dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunduğu vurğulanıb.

Şəhid ailələri ilə görüşdən sonra deputat Qaradağlı kəndində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə tikilməkdə olan abidə ilə tanış olub, işlərin keyfiyyətlə aparılması məqsədi ilə tapşırıq və tövsiyələrini bildirib, həmçinin Qaradağlı kəndində olan şəhidlər bulağının qarşısından keçən qaz borusunun başqa bir əraziyə keçirilməsi üçün aidiyyatı qurumlara müraciət edib.

Şəhid yaxınları göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.