Deputat rüşvətə görə saxlanıldı – VİDEObackend

Rusiyanın Novqorod Vilayət Dumasının millət vəkili Dmitri İqnatov rüşvətxorluqda şübhəli bilinərək saxlanılıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumatı ölkənin İstintaq Komitəsinin regional bürosu yayıb.

Məlumata əsasən, millət vəkili 2,5 milyon rubl həcmində rüşvət almağa vasitəçilik etməkdə şübhəli bilinir.

Dmitri İqnatov barəsində Rusiyanın Cinayət Məcəlləsinin rüşvət almaqda vasitəçilik etməyə cəhd maddəsi ilə cinayət işi başladılıb.