Deputat Şahin İsmayılov haradadır?backend

“Milli Məclisin bütün deputatları şəhid məclislərində iştirak edir, şəhid ailəsinə təsəlli verir. Beyləqan sakinləri isə deputatını tapa bilmir. Bu günə qədər Beyləqandan millət vəkili seçilən Şahinİsmayılov bir şəhid ailəsinin qapısını açmayıb. Beyləqanda olarkən bir neçə şəhid ailəsi ilə həmsöhbət oldum. Şəhid anaları Şahin adlı depuatın adını birinci dəfə eşitdiklərini deyirdilər”.

“Yeni Gundem”-in xəbərinə görə, bunu jurnalist Qoşqar Salmanlı bildirib.

“İki gün öncə Kəlbəcər istiqamətində şəhid olan komando Mirtalib Ağazadənin dəfnində də iştirak etməyi Şahin İsmayılov özünə sığışdırmadı. Özü bu günə qədər şəhid dəfninə gəlmir, anladıq. Başa düşmür, amma onun köməkçiləri nə iş görür. Elə bil, Beyləqanın deputat baxımından da bəxti qara gətirib” – o qeyd edib.