Deputat Şahin Seyidzadə növbəti vətəndaş qəbulu keçirib – FOTOLARbackend

50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə Milli Məclisə deputat seçilmiş Şahin Seyidzadə müntəzəm olaraq seçiciləri ilə görüşlər keçirir.

Millət vəkili Şahin Seyidzadənin seçicilərlə növbəti görüşü iyun ayının 28-də Qobustan rayonunun Cəmcəmli, Bədəlli, Nabur, Ərəbşalbaş və Poladlı kəndlərində baş tutub. Deputat sözügedən kəndlərdən olan vətəndaşlarla fərdi qəbul həyata keçirib.

“Yeni Gündəm” xəbər verir ki, Şahin Seyidzadən ümumilikdə 25 vətəndaşın iştirak etdiyi qəbulda məşğulluq, su təminatı, rabitə təminatı, yol infrastrukturu, əmlak, torpaq, kənd təsərrüfatı, hüquq mövzuları ətrafında müraciətlər səsləndirilib.