Deputat şəhid ailəsi ilə görüşüb – FOTObackend

YAP-çı deputat Anar Məmmədov Goranboy rayonu Baxçakürd kəndində sakinlərlə görüşüb. Görüşdə rayon ağsaqqalları və ziyalıları, Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri iştirak edib. Deputat görüş zamanı Vətən müharibəsi şəhidi Quliyev Aqşin Mehdi oğlunun anası Tahirə Quliyevanı da qəbul edib.

“Yeni Gündəm” xəbər verir ki, deputat Anar Məmmədov ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışdı. Bildirdi ki, ulu öndər Heydər Əliyev hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşmışdır. Ümummilli liderimizin bu siyasəti hazırda Prezidentimiz İlham Əliyev və birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu qəbildən olan insanların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür.

Sonda şəhidimizin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirib.