Deputat şəhidin adını daşıyan uşaq bağçası-körpələr evindəki təmir-yenidənqurma işləri ilə tanış oldu – FOTOLARbackend

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə birlikdə rayon xidmət sahələrinin rəhbərləri və aidiyyatı məsul şəxslərin iştirakı ilə Goranboy şəhəri 1 saylı uşaq bağçası-körpələr evində aparılan təmir-yenidənqurma işləri ilə yerində tanış olublar.

“Yeni Gündəm” xəbər verir ki, deputat və icra başçısı bağçanın elektrik, qaz və su təminatı və burada uşaqların əyləncəsi üçün istirahət güşəsinin, həmçinin bağçanın adını daşıyan şəhid Quliyev Şəmil Əli oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə “Xatirə bulağı”nın tikilməsi yönündə müzakirələr aparıblar.

Onlar həmçinin, müvafiq tövsiyələrini bildiriblər.