Deputat Sevinc Fətəliyeva bir qrup seçiciləri ilə görüşmüşdürbackend

Suraxanı rayonu 30 saylı birinci seçki dairəsindən seçilən deputat Sevinc Fətəliyeva Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulunu həyata keçirmişdir.

Yeni Gündəm” xəbər verir ki, görüş əsnasında sosial müdafiə məsələləri, məşğulluq və digər sahələrlə bağlı müraciətlər dinlənilmişdir. Görüş iştirakçılarına bəzi məsələlərlə əlaqədar ətraflı məlumatlar verilmişdi. Bütün edilmiş müraciətlərin qeydiyyata alınaraq,  aidiyyəti üzrə müvafıq dövlət qurumlara ünvanlanılacaqları diqqətə çatdırıldı.