Deputat: Türkiyədə hərbi təhsil alan kursantların təqaüdləri artırılsınbackend

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı Prezidentimiz xalqımıza hədiyyə verdi”.

”Yeni Gundem” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, bu gün azad olunmuş ərazilərdə elə möhtəşəm layihələr həyata keçirilib ki, buna təəccüblənməmək olmur: “Təkcə iki beynəlxalq hava limanına baxaq. Avropada elə ölkələr var ki, orada heç hava limanı yoxdur”.

Deputat Koreyada Şuşanın dünyanın tarixi şəhərlər sırasına daxil edildiyini xatırladıb: “Bu, Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın apardığı təbliğatın nəticəsi idi. Ermənilər çox çalışdılar ki, Şuşanı erməni şəhəri kimi tantısınlar, amma bu, alınmadı”.

Məlahət İbrahimqızı zabitlər və Türkiyədə hərbi təhsil alan kursantlarla bağlı təkliflərlə də çıxış edib: “Xaricə uzun müddətə, 1-1,5 illik yüksək hərbi təhsil almağa gedən zabitlərə üçün verilən mailiyə xərclərinin azlığı onların ailələri üçün ciddi çətinlik yaradır. Buna görə onların ailələrinin heç olmasa ildə bir dəfə təyyarə biletləri ödənsin. Hərbçilər qənaət edərək, ipotekanı çətinliklə əldə edirlər, ancaq ipoteka ilə ev aldıqda onlara verilən kirayə pulları kəsilir. Bu problemə də diqqət çəkmək istəyirəm. Türkiyədə hərbi təhsil alan kursantların təqaüdləri də artırılsın. Çünki xaricdə hətta Türkiyədə mülki universitetlərdə təhsil alan tələbələrin təqaüdü çoxdur. Hökumət üzvlərinə bu problemlərin həllinə diqqət göstərməsini təklif edirəm”.