Deputat uşaq evlərini TƏNQİD ETDİbackend

Bu gün uşaq evlərində sovetlər dönəmindəki qaydalar hökm sürür.

“Ölkə.Az” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bu gün keçirilən növbədənkənar  sessiyasında deyib.

Onun sözlərinə görə, sovetlər dönəmində uşaq evlərində olanlar ancaq məktəb yaşlarınadək orada qalırdılar və məktəb yaşına çatdıqda isə onlar internat məktəblərinə yönləndirilirdilər. “Ancaq bu gün internat məktəbində yerlər olmadığında uşaq evlərindəki uşaqlar  orta məktəbə də elə uşaq evlərində getməli olurlar. Onları məcbur olub yaxınlıqdakı məktəblərə gedirlər. Buna baxmayaraq  uşaq evlərindəki ştat cədvəli artırılmayıb. Sovetlər dönəmindəki ştat cədvəli bu gün də qalmaqdadır.  Uşağa baxan tərbiyəçi məcburiyyət formasında məktəbli uşaqlara baxır, onları məktəbə aparıb-gətirirlər. Nəticədə  hər tərbiyəçiyə 25-dək uşaq düşür. Bu da  problemlər yaradılır. Odur ki, uşaq evləri ilə bağlı problemlərə baxılmalıdır”- komitə sədri deyib.

Ölkə.Az