Deputat Vətən müharibəsi şəhidinin anım mərasimində iştirak edib – FOTObackend

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunda Vətən müharibəsinin şəhidi Arif Süleymanovun anım mərasimində iştirak edib.

“Yeni Gündəm” xəbər verir ki, anım mərasimində Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ağsaqqalları və şəhid ailələri iştirak edib.
İlk öncə dövlətimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn qardaşlarımız yad edilib, vaalideynlərinə səbr dilənib, şəhidimizin döyüş yolundan, vətənpərvərliyindən, onun vətəninin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarından danışılıb.
Anım mərasimində şəhidlərimizin ruhuna dualar oxunub.

Bildirilib ki, xalqımız hər zaman ölkə başçısının ətrafında bir yumruq kimi birləşib.
Allah bütün şəhidlərə rəhmət etsin!