Deputat: “Xəstəxanalardan həyacanlı xəbərlər gəlir, oksigen çatışmır”backend

“Xəstəxanalardan həyacanlı xəbərlər gəlir, oksigen çatışmır. COVİD-19 xəstələrinə isə oksigen lazımdır. Səbəb kimi isə Sumqayıtda yerləşən Oksigen zavodunun 55 gündür ki, işləməməsi göstərilir. Ağır xəstələrin sayı artır, gündə xeyli həyacan dolu zənglər alıram. Oksigen olmasa, vəziyyət daha da ağırlaşacaq. Bu zavodun işləməməmə səbəbi nədir, bilmirəm”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu deputat Razi Nurullayev deyib.

R.Nurullayev bildirib ki, təcili tədbirlər görülməlidir: “Çox narahat oldum, oksigen çatışmazlığı yüzlərlə xəstənin itirilməsi ilə nəticələnə bilər. Mətbuat orqanlarını bu məsələyə diqqət ayrımağa, araşdırmağa və işıqlandırmağa çağırıram. Oksigenə ehtiyacı olan hər birimizin yaxını ola bilər. Mənə belə gəlir ki, yalnız Sumqayıtda yox, digər yerlərdə də oksigen istehsalı olmalıdır.

Bilmək istərdik ki, bu sahədə hansı işlər görülür və aidiyyatı orqanlar hansı alternativ addımları atır”.