Deputat yeni “5 manatlıq”dan narazıdırbackend

“Dövriyyədə yeni əskinazlar var. Keçmiş pulların üzərində Azərbaycan xalqının nə qədər qədim xalq olduğunu əks etdirib. Ancaq 5 manatlıqda bir neçə rəmz çıxarılıb”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, 44 günlük müharibə zamanı Azərbaycan xalqı birlik nümayiş etdirdi: “Ən azı Azıx mağarasının yeni 5 manatıqda əksini tapması yaxşı olardı”.