Deputatın oğlu cinayət törədərək qaçdıbackend

Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Sergey Baqratyanın oğlu, 27 yaşlı Şant Baqratyan barəsində axtarış elan edilib.

Məlumata görə, aprelin 2-də saat 17:30-18:00 radələrində naməlum şəxslər Vayos Dzorda yerləşən “Tamsar” yanacaqdoldurma məntəqəsinin direktoru Vahe Asatryanın ofisinə soxularaq onu döyməyə başlayıblar. Hücum edənlərdən biri, 27 yaşlı Baqratyan direktoru dəmir əşya ilə vurub.

Faktla bağlı cinayət işi başlanıb.

Lakin məhkəmənin onun həbsi ilə bağlı qərar çıxarmasından sonra gəncin azadlıqda olduğu üzə çıxıb.

Report