Deputatın polisi döyməsinin TƏFƏRRÜATIbackend

Deputatın polis əməkdaşını döyməsinin bəzi təfərrüatı üzə çıxıb.

“Yeni Gündəm” xəbər verir ki, hadisə bir neçə polis əməkdaşının deputatın əyləşdiyi restoranda reyd keçirdiyi zaman baş verib. DİN əməkdaşları gecə saat 00:00-ı keçdiyi üçün restoranın fəaliyyətinin dayandırılmasını tələb edib. Həmin vaxt orda yeyib-içən millət vəkili isə onlardan restoranı tərk etməyi tələb edib.

Bu vaxt mübahisə yaranıb və o, polis əməkdaşı Zaur Mirzəyevə hücum edib. Bildirilir ki, həmin restoran deputatın qohumunundur.Bakupost.az