Deputatlar sərbəst hərəkət edə biləcəklərbackend

Azərbaycanda Nazirlər Kabineti tərəfindən elan edilən karantin rejimində hansı şəxslərin xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkət etmələri ilə bağlı siyahı hazırlanıb. 

“Yeni Gündəm” xəbər verir ki, həmin siyahıda Milli Məclisin deputatları və Aparatının əməkdaşları da var.

Buna görə də, aprelin 5-dən etibarən həm deputatlar, həm də Milli Məclis Aparatının əməkdaşları xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında sərbəst hərəkət edə biləcəklər.