Deputatlığa namizəd Əli Məsimli seçiciləri ilə görüş keçirdi – fotolarbackend

22 yanvar 2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd Məsimli Əli Əhməd oğlunun Şəki rayonunun Oxud kəndində seçicilərlə görüşü keçirilmişdir.

Görüşdən əvvəl deputatlığa namizəd Məslimli Əli Əhməd oğlu kənd ağsaqqalları və ziyalılarla birgə Oxud kənd qəbristanlığında dəfn edilmiş əfsanəvi partizan, Fransanın Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılovun, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun və Oxud kəndindən olan şəhidlərin məzarlarını ziyarət etmişlər.

Əli Məslimlinin qərargahının könüllüləri deputatlığa namizədin platformasını qapı-qapı prinsipi ilə kənd sakinlərinə çatdırmışlar.
Daha sonra deputatlığa namizəd Oxud kəndində yerləşən Folklor evində seçicilərlə görüşə qatılmışdır. Görüşdə Oxud kəndində yaşayan müxtəlif sosial təbəqələrdən olan 350-yə yaxın seçici iştirak etmişdir. Görüşdə Əli Məsimlinin vəkilləri – pedaqogika elmləri doktoru, professor Firədün İbrahimov, biologiya üzrə fəlsəfə doktoru Qudurət Bəkirov çıxış edərək deputatlığa namizədin kimliyi və fəaliyyəti haqqında ətraflı məlumat verərək seçicilərin obyektivliyinə, həssaslığına, ədalətliliyinə və fədakarlığına inandıqlarını qeyd etmişlər.

Vəkillərin çıxışından sonra deputatlığa namizədin vətəndaşları daha çox narahat edən sosial məsələlər və Şəkinin sosial- iqtisadi problemləri ilə əlaqədar parlamentdəki çıxışlarını əks etdirən qısa videoçarx təqdim edilmişdir.

Görüşdə çıxış edən deputatlığa namizəd Məslimli Əli Əhməd oğlu Milli Məclisin deputatı kimi keçən 4 illik fəaliyyəti barədə hesabat verdi. Ona etimad göstəriləcəyi halda hansı yeni qanun layihələrini hazırlayacağı, seçicilərin problemləri ilə bağlı həm Milli Məclis tribunasından, həm də ki, aidiyyatı icra sturukturları qarşısında qaldıracağı məsələlər barədə məlumat verdi. Daha sonra seçicilərə müraciət etdi. Müraciətində Əli Məsimli daim fikirdə sözdə və əməldə xalqına xidmət etdiyini, bundan sonra da edəcəyini vurğuladı.

Tədbirdən sonra Əli Məsimli Oxud kənd sakinləri ilə ayaqüstü görüşlərini davam etdirdi.