Deputatlığa namizəd Sahib Hətəmov seçicilərinə səsləndibackend

Hörmətli Laçın rayonunun seçiciləri!

Mən, Sahib Məhəmməd oğlu Hətəmov 121 saylı Laçın rayonu seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə 9 fevral 2020-ci il tarixində keçiriləcək seçkilərdə namizədliyimi irəli sürmüşəm!
Bildiyiniz kimi cari il fevralın 9-na ölkəmizdə Milli Məclisə növbədənkənar seçkilər təyin edilmişdir.

Mən millət vəkili olmağın nə qədər məsuliyyətli və bu işin nə qədər şərəfli olduğunu yaxşı dərk edirəm! Düşünürəm, hazırki Azərbaycanın Milli Məclisi öz səlahiyyətləri çərçivəsində də xeyli işlər görmüşdür. Mən deputatlığın və qanunvericilik fəaliyyətinin nədən ibarət olduğunu yaxşı dərk edərək, bu sahədə bacardığım qədər obyektiv olmağa çalışacam. Lakin ölkənin gələcək inkişaf modelinə bu gündən hazırlaşmaq və cənab Prezident İlham Əliyevin daxili və xarici siyasət kursunu dəstəkləməyi, Sizlərin isə etimadını doğrultmağı özümə borc bilirəm! VI çağırış Milli Məclisə üzv seçiləcəyim təqdirdə bunun seçicilərimə, bütövlükdə Laçın rayonu sakinlərinə faydalı olacağına inanıram! Siyasətlə məşğul olmaq istəyim, parlamentə üzv seçiləcəyim təqdirdə görəcəyim konkret işlər haqqında fikirlərimi Sizinlə bölüşmək istərdim!
Əziz seçicilər, bu gün Azərbaycanda, eləcə də Laçın rayonunda müəyyən qədər həll olunmamış problemlər də qalmaqdadır. Biz öz siyasi mədəniyyət səvviyyəmizi yüksəltməli və bunu günümüzün normasına çevirməliyik.
Bütün bunlarla yanaşı, təbii ki, dövlətimiz Qarabağ münaqişəsinin ərazi bütövlüyümüz və sərhədlərimizin toxunulmazlığı çərçivəsində siyasi həllinə də ciddi səy göstərir. ​Bu sahədə Azərbaycan dövləti, başda Ali Baş Komandan cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan əleyhinə olan xarici qüvvələrlə öz mübarizəsini davam etdirir və mən bu mübarizədə özümü dövlətimizin bir əsgəri hesab ediriəm!
İqtisadi məsələlərə münasibətdə qeyd etmək istərdim ki, son illər ərzində Azərbaycan dövlətinin əldə etdiyi müsbət naliyyətlərin effekti sosial sahədə də öz əksini tapmışdır!​ ​Büdcə gəlirlərinin artırılması elm,təhsilin və səhiyyənin inkişafı, əhalinin maddi və sosial rifahının yaxşılaşdırılması, ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, şəhid ailələrinin, əlillərin zəruri ehtiyaclarının ödənilməsi, qaçqın və məcburi köçkünlərin sosial və maddi rifahlarının yaxşılaşdırılması və yeni istehsal sahələrinin yaradılması, iş yerlərini açılması və gənc kadrların işlə təmin olunması, eləcə də, milli və mənəvi dəyərlərin qorunması ön plandadır.
Əminəm ki, Milli Məclisə seçiləcəyim təqdirdə yuxarıda qeyd olunan məsələlərin həyata keçirilməsində var gücümlə çalışacam.
Əziz seçicilər! Seçim sizlərindir! Bu seçimdə Uca Yaradan hər birimizə kömək olsun!

Dərin hörmətlə,
Sahib Hətəmov
Mənim nəaliyyətim, sizin uğurunuzdur!