Dərindən əsnəmək hansı xəstəlikdən xəbər verir? – Həkim nevroloqbackend
İnsanın dərindən əsnəməsi reflektor proses olub, beyini aktivləşdirmək və adətən oksigen aclığını tez təmin etmək üçün baş verir.
Lakin insan gün ərzində dəfələlər uzun və dərin əsnəmələr edərsə bunun altında ciddi nevroloji səbəblər var.
“Yeni Gündəm” xəbər verir ki, həkim nevroloq Olqa Qolubinskaya bəzən əsnəməyin ciddi problemdən də xəbər verdiyini bildirib.
“Yaşlı adamlar tez-tez dərindən əsnəyirsə, bu ürək çatışmazlığı, ürək damarının tutulmasından xənər verə bilər. Gənclərdə psixi pozulmalar, yuxu pozulması, nevrozlar, depressiya zamanı gün boyu çoxsaylı əsnəmələr olur.
Əgər əsnəmə ilə yanaşı insanda asteniya, diqqət yayqınlığı, yaddaş zəifliyi, baş ağrısı, əhvalsızlıq, təzyiq və s. də müşahidə olunursa, bu insanlar kardioloq və nevroloqa müraciət etməli, vaxtında diaqnoz qoyulub, müalicə almalıdırlar. Əks təqdirdə sonra gec ola bilər”. /medicina.az