Dərnəgül yolunda yük maşını aşdı – Fotolarbackend

Bakıda yük avtomobili aşıb.

“Yeni Gündəm”in verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında Balaxanı-Dərnəgül yolunda baş verib.

“Hyundai” markalı 99 JR 091 nömrəli yük maşını idarəetməni itirərək aşıb, hadisə nəticəsində sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.