Dərnəgüldə YANĞIN BAŞLADI – Çoxsaylı yanğınsöndürən CƏLB OLUNDUbackend

Bakının Nərimanov rayonunda, Ziya Bünyadov prospekti yaxınlığında məişət tullantıları sahəsi və anbarda baş verən yanğının söndürülməsi tədbirləri davam etdirilir.

“Yeni Gündəm” xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 10-dan artıq yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb olunub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları da hadisə yerindədir.

***

14.10

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda Z.Bünyadov prospekti yaxınlığında məişət tullantılarının və anbarın yanması barədə məlumat daxil olub.

FHN-dən “Yeni Gündəm” -ə verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.