Dərslər bu tarixdə bərpa olunacaq – RƏSMİbackend

“Sentyabrın 15-də məktəblərdə ənənəvi qaydada dərslərə başlanması nəzərdə tutulur”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyanın İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. O bildirib ki, sentyabrın əvvəlində epidemioloji vəziyyətdən asılı olaraq bu məsələyə baxıla bilər: “Bu gün uşağı məktəbə gedən valideynlərdən COVİD pasportu istənilmir.

Belə bir tələb qoyulmayıb. Amma təhsil işçiləri ilə bağlı belə bir tələb var”.