Dəyərli dost, dəyərli insan doğum gününüz mübarək – FOTOLARbackend

Bakıda ziyalı ailəsində anadan olan televiziya aparıcısı və xeyriyyəçi Hacı Nuran Hüseynov bu gün doğum gününüzü ürəkdən təbrik edirik. Sənəd yollarında, şəxsi həyatınızda bol-bol uğurlar diləyirik.

Sizin xoş gününüz Doğru.az -ın hədəfindən yan keçmədi. Yıxılanı ayağa qaldırmaq, kimsəsizə əl tutmaq, ehtiyacı olana yardım etmək sizin həyat amalınız olubdur. Yüzlərlə insanın ümid və pənah yeri olan məhşur teleaparıcımız bilin ki, ömür nərdivanını xoş əməllərinizlə addımlayaraq, artıq sizi sevənlərin ürəyində özünüzə taxt qurmusunuz.

Qırx dörd günlük Vətən müharibəsində Gəncədə, Bərdədə və bir çox yerlərdə olmağınızla sadəliyinizi bir daha əyani olaraq sübut etdiniz. Xalqın ağır, çətin günündə xoş işinizlə göstərdiyiniz qorxmazlıq və dözümlük sizi hər kəsə nümunə etdi.

Bu gün gündəmi zəbt edən əyləncə dolu verilişlərdən yan duraraq, bir neçə televiziya da xeyir yönümlü verilişlərdə aparacılıq edərək, özünəməxsus imzanızı atmağınızla tanınmısınız. Ümidsiz qapılara ümid aparıb, gözlərdə sönən inamsızlığı nurlandıraraq, adınıza uyğun işlərə əvəzsiz dəyərinizi vermisiniz. İnsanı ucaldan sadəlik, səmimilikdi desək yanılmarıq.Biz bu iki sözü boşuna qeyd etmədik. Çünki, qeyd olunan bu sözlərin ən aliliyinə layiqsiniz.

Bu gün sadə insandan tutmuş, vəzifədə olan insana kimi hər kəs sənətinizdən öncə şəxsiyyətinizə, qürurunuza böyük hörmət edərək, dəyər verir. Çünki, siz insan varlığına xas olan həmin dəyəri bu günə kimi qıram-qıram, damla-damla yığmısınız. İnsanı paklaşdıran yalnız gördüyü xoş işlər deyil, insanlıq anlamıdır. Bu gündə o, saf ucalığı özünüzdə cəmləşdirə bilmisiniz.

Doğru.az informasiya agentliyi olaraq, haqqınızda nə qədər xoş söz yazsaqda, ürəyimizdə sözlər bitib-tükənməz. Bir daha demək istəyirik dəyərli insan, dəyərli dost doğum gününüz mübarək. Bu həyatın enişli-yoxuşlu yollarında sizə səbir, dözüm, qüvvət arzulayırıq. Azərbaycanın hörmətli oğlu siz unutmayın ki, sizi çox sevən, uca tutan Azərbaycan xalqı var.