“Deyirlər biz bunker müəllimik” – DİM sədribackend

Deyirlər, biz bunker müəllimik, bizdə imtahana düşən suallar var. Sonra problem olanda onu bizim üzərimizə atmaq istəyirlər. Müdaxilələrin mənim şəxsimlə bağlı olmamasına gəlincə isə, mən tərəfdən hər hansı problem yoxdur. Mənə qibtə edənlərə deyə bilərəm ki, sağ əlim başlarına.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri DİM-in sədri Məleykə Abbaszadə bildirib.

O vurğulayıb ki, DİM-ə yönələn kənar müdaxilələr var.

“Ətrafımızda xırda və orta biznes nümayəndələri var. Onlar fərdi xidmət göstərirlər və bunun qarşılığında pul alırlar. İstəyirlər ki, onların tələbələri hansı yolla olursa-olsun, yüksək nəticə göstərsinlər”- deyə o qeyd edib.

Fərahim Rəhimov