Diaspora Sədrinin Maşını DYP Tərəfindən Söküldübackend
” Son zamanlar avtomobillərin ban şüşələrinə dövlət gerbinin yapışdırılması halları tez-tez müşahidə olunur ki, bu da Azərbaycan Respublikasının Dövlət gerbi haqqında əsasnamə ilə ziddiyət təşkil edir.
“Yenigundem” xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, dövlət atributunun hər hansı bir nəqliyyat vasitəsinin üzərinə yapışdırması və bu şəkildə istifadə olunması yolverilməzdir. Dövlət atributlarının yalnız xüsusi operativ nəqliyyat vasitələrində, dövlət təşkilatlarına məxsus avtomobillərdə istifadəsi mümkündür: “Dövlət atributlarına hörmətlə yanaşma hər bir Azərbaycan vətəndaşının borcudur” ”

Bu barədə dünən Baş Dövlət Yol Polisi idarəsi məlumat yayıb.Amma nədənsə həmin qanunda cərimələr tətbiq olunmayıb.

Bu gün günorta saatlarında Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Edinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyasının vitse-prezidenti Nazir Hətəmovun BMW X6 markalı maşını Bakı Şəhər Yol Patrul xidmətinin inispektorları tərəfindən Zərifə Əliyeva küçəsində
saxlanaraq Cavanşir körpüsünün yanında (Qaqarin körpüsü) DİN BDYPİ “Siqnal” ili idarəsinin 6 saylı cərimə meydançasına gətirilib.Azərbaycan atributları ən əsası üç rəngli bayraqla bəzədilmiş maşını sökülməyə başlanılıb.
Bu barədə Nazir Hətəmov öz Facebook səhifəsində canlı yayım edərək, Yol Patrul xidmətlərini sərt tənqid edib. “Yenigundem” saytı olaraq sözügedən məsələyə görə diaspora sədri ilə telefon əlaqəsi saxladıq. Nazir Hətəmov faktı təsdiqlədi və qeyd etdi ki, mənim maşınım Rusiya nömrəsi və ora qeydiyyatıdır onların mənim maşınımı sökməyə ixtiyarları yoxdur.
Nazir Hətəmov onu da bildirdi ki,sökülmə faktı ilə bağlı DİN- nin 102-i xidmətinə məlumat vermişəm, yəqinki, müsbət cavab alacam.