Diasporla iş üzrə Dövlət Komitəsinin tərkibi dəyişdibackend

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Qərarında dəyişiklik edilib.

“Yeni Gundem” xəbər verir ki,dəyişiklik barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Kollegiyanın üzvləri aşağıdakı kimidir:

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini;

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinləri;

Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri;

Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Dövlət qulluğu, hüquqi təminat və sənədlərlə iş şöbəsinin müdiri;

Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının I ərazi şöbəsinin müdiri;

Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının II ərazi şöbəsinin müdiri;

Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının III ərazi şöbəsinin müdiri;

Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının IV ərazi şöbəsinin müdiri;

Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının V ərazi şöbəsinin müdiri;

Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin müdiri;

Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri;

Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Maliyyə və təminat şöbəsinin müdiri;

Azərbaycan Diasporuna Dəstək Fondunun İcraçı direktoru.

Fərahim Rəhimov