“Dilimiz sərvətimizdir”backend

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

“Yeni Gündəm” xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağstafa nümayəndəliyinin təşkilatçılığı ilə “Dilimiz sərvətimizdir” layihəsi həyata keçirilib. Layihə çərçivəsində gənclər bir araya gəliblər. Onlar dilimizdə ən çox səhv yazılan sözləri araşdırıblar. Daha sonra həmin sözləri müqayisəli şəkildə nümayiş etdiriblər.