Dima Bilan xəstəxanaya yerləşdirildi: “Allaha şükür, COVID deyil” – FOTOLARbackend

Rusiyalı müğənni Dima Bilan İnstagramda xəstəxana palatasından canlı yayımla pərəstişkarları ilə söhbət edib və bu yaxınlarda sosial şəbəkədə onu təhqir edən düşmənlərinə cavab verib.

“Yeni Gündəm” xəbər verir ki, məlumatı Rusiya mediası yayıb.

“Daim şəhərləri gəzməyimlə bağlı tamamilə zərərsiz bir status yazdım. Hərdən adama elə gəlir ki,  bu monotonluqdan darıxırsan. Elə yazımda da bildirdim ki, hər zaman çıxış yolu var: Moskva ətrafında gəzə, otellərdə bəzi otaqları kirayəyə götürə bilərsiniz. Bəzi “müdrik” insanlar yazırdı: “Əlbəttə, sizin orada bir mənziliniz, bir eviniz var.” Baxmayaraq ki, mən bu barədə heç nə demədim. Ən əsası odur ki, heç kim sənətçinin həyatında nəyin baş verdiyini təxmin etmir”. Bilan belə dyib.

Videoda o, məzəli və gözəl məzmunun arxasında bir çox istifadəçinin sənətçilərin həyatında nələrin baş verdiyi haqda heç bir təsəvvürünün olmadığını söyləyib:

“Son bir həftə ərzində bütün konsertlərimi 37.8, 37 temperaturda işlədiyimi heç kim hiss etmədi. Halım çox pis idi. COVID-19 deyil, Allaha şükür!” – Bilan əmin edib.

Artıq xəstəxanada olan musiqiçinin sözlərinə görə, bir neçə dəfə koronavirus üçün müayinədən keçib, qan verib, müayinə etdirib. Nəticədə ona ümumi sətəlcəm diaqnozu qoyulub, ciyərlərinə soyuq dəyib.

“Yaltada qayıqla gəzintiyə çıxdım, soyuqladım və xəstələndim. Ümumiyyətlə, Sankt-Peterburqda qızdırma içində idim”. Müğənni vəziyyətinin səbəbini izah edib.

Sonra yenidən kəskin şəkildə auditoriyaya müraciət edərək deyir ki, sənətçilərin həyatında hər şey ilk baxışdan göründüyü qədər sadə deyil:

“Əgər kimsə yazırsa “Oh, bu həyatda hər şey asan başa gəlir”. Mən hələ də heç kimə heç nəyi sübut etmirəm. Hətta buna çalışmıram”.