DİN Bakıda avtobusun yanması ilə bağlı məlumat yaydıbackend

Bu gün saat 07:45 radələrində 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən “Meyvəli” bazarı istiqamətinə hərəkətdə olan “İveco Otoyol” markalı 90-LR- 327 nömrə nişanlı avtobus ilkin məlumata görə, mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

Nəticədə ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb.

Hadisə yerinə dərhal yaxınlaşan YPX əməkdaşları sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin ediblər. Yanğın qısa müddət ərzində söndürülüb. Yolda hərəkət tam bərpa edilib.