DİN-dən əhaliyə MÜRACİƏTbackend

Daxili İşlər Nazirliyi komendant saatı ilə əlaqədar vətəndaşlara müraciət edib.

“Yeni Gündəm”-in xəbərinə görə, müraciətdə deyilir:

“Vətəndaşlardan xahiş edirik ki, gedəcəyiniz ünvanadək olan məsafəni nəzərə alaraq komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək küçədəki hərəkətlərinizi başa çatdıraraq yaşadığınız ünvanlara qayıdasınız. Eləcə də, komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmayasınız”.