DİN İorina Natalya Vyaçeslavovna ilə bağlı məlumat yaydıbackend

“İorina Natalya Vyaçeslavovna barəsində heç bir inzibati, cinayət icraatı yoxdur”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

E. Hacıyev qeyd edib ki, onun özünə xəsarət yetirməsinin qarşısını almaq məqsədilə polis şöbəsinə dəvət olunaraq, həkim nəzarətinə verilib: “Hazırda sağlamlıq vəziyyəti stabildir. Bu saatlarda yaşadığı ünvana göndərilməsi təmin olunacaq. Onun siyasi baxışlarına görə saxlanılması ilə bağlı sosial şəbəkə seqmentlərində yayılan iddialar əsassızdır. Onu narahat edən hallarla bağlı araşdırmalar davam etdirilir”.