DİN: Ölkə ərazisində qeydə alınan 144 cinayətin açılması təmin olunubbackend

Martın 30-da ölkə ərazisində qeydə alınan 144 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. 

DİN-in mətbuat xidmətindən “Yeni Gundem”-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 86, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 97, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 125 nəfər saxlanılıb.