DİN Ramiz Zeynalovun işdən çıxarılması barədə məlumatı təkzib etdibackend

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun tutduğu vəzifədən azad olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Qeyd edək ki, bu gün bəzi KİV-də Ramiz Zeynalovun tutduğu vəzifədən azad olunması ilə bağlı məlumatlar yayılıb.