DİN: Respublika ərazisində 7,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülübbackend

Polis əməkdaşlarının martın 30-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə “Yeni Gundem”-ə Daxili işlər nazirliyindən məlumat verilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,4 kiloqrama yaxın heroin, 6 kiloqrama yaxın marixuana, 100 qrama yaxın tiryək, 225 qramdan çox metamfetamin, 12 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.