“Dinamo” “Neftçi” ilə matç üçün iştirak ərizəsini təqdim etdibackend

“Neftçi”nin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Dinamo”  (Tbilisi) təmsilçimiz ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

“Yeni Gündəm” xəbər verir ki, heyətə daxil edilən 20 futbolçudan 4-ü legionerdir. Baş məşqçi Kaxaber Sxadadze bu oyunçulara güvənib:

Qapıçılar: 13. Omar Migineyşvili, 30. Roin Kvasxvadze

Müdafiəçilər: 3. Aleksandre Kalandadze, 5. Davit Kobouri, 12. Levan Xarabadze, 19. Simon Qbeqnon (Fransa), 22. Fabian Sporkslede (Niderland) , 24. Nodari İaşvili, 26. Piruzi Qabitaşvili

Yarımmüdafiəçilər: 6. Bakar Kardava, 8. Milan Radin (Serbiya) , 15. Giorgi Papava, 21. Giorgi Kutsia, 27. Anzor Mekvabişvili, 28. Giorgi Omaraşvili, 29. Nodari Lominadze, 38. Nodari Kavtaradze

Hücumçular: 9. Giorgi Qabedava, 17. Tornike Axvlediani, 32. Zoran Marusiç (Serbiya)

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da, cavab görüşü isə iyulun 14-ü saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.