Diplomatik korpus nümayəndələri bu gün Qubadlı və Laçında olacaqlarbackend

Prezident İlham Əliyevin tapşırığına əsasən, martın 6-da ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri təşkil edilib.

“Yeni Gündəm” xəbər verir ki, onlar bu gün Qubadlı və Laçın rayonlarında olacaqlar.

Səfərdə xarici ölkələrin Azərbaycandakı səfirləri, səfirliklərin nümayəndələri, hərbi attaşelər və digərləri, ümumilikdə 100-dən artıq şəxs iştirak edir. Həmçinin nüfuzlu beynəlxalq media qurumlarının əməkdaşlarının səfərdə iştirakı da təmin olunub.