“Diqlas”ın ikinci şəriki Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevdirbackend

Bakının 8 km deyilən ərazisində tamamilə yanıb külə dönən “Diqlas” ticarət mərkəzinin kimə məxsus olması ilə bağlı müxtəlif versiyalar səslənir.

Sosial şəbəkələrdə həmin obyektin sahibi olması ilə bağlı hazırda yüksək postda çalışan bəzi adamların adı hallandırılır.

Ən inandırıcı və daha çox səslənən versiyalardan biri budur ki, həmin ticarət mərkəzinin sahibi ləğv edilmiş MTN-in sonuncu rəhbəri Eldar Mahmudovun oğlu Anar Mahmudovdur.

Azinforum.az xəbər verir ki, həmin obyektin şəriklərindən biri həqiqətən də Eldar Mahmudovun oğludur. Ancaq bildirilir ki, “Diqlas”ın heç də bütün səhmləri Anar Mahmudovun əlində deyil. Həmin obyektin rəsmi şəriklərindən biri də Şahmar Vəliyev adlı iş adamıdır.

Şahmar Vəliyev Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin və hərbi prokuror Xanlar Vəliyevin qardaşıdır.

Son ana kimi həmin ticarət mərkəzinə rəhbərliyi Şahmar Vəliyev tərəfindən təyin olunan Rasim Məmmədov adlı şəxs edib.

Rasim Məmmədovun keçmiş polis işçisi olduğu bildirilir.

Şahmar Vəliyevin bu obyektə şəriyliyinin 2016-cı ildən sonra başlandığı bildirilir.