Diqqət! Avqustun 6-da saat 08:00-dan avqustun 8-i saat 20:00-a qədər…backend

Avqustun 6-da saat 08:00-dan avqustun 8-i saat 20:00–a qədər Bakının Yasamal rayonunun Zivərbəy Əhmədbəyov küçəsinin, Salatın Əsgərova küçəsindən Abbasquluağa Bakıxanov küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaqdır.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, buna səbəb aparılacaq təmir işləridir.

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, edilən tarixlərdə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edib.