DİQQƏT! İctimai nəqliyyat 17:00-dan sonra işləməyəcək? – VACİB AÇIQLAMAbackend

Marşrut avtobus sürücülərinin bu gün 17:00-dan sonra ictimai nəqliyyatın işləməyəcəyi ilə bağlı xəbərdarlıq etdiyi barədə söz-söhbət dolaşmaqdadır.

Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev hələ ki heç bir məhdudiyyətin olmadığını deyib. M.Ağayev avtobus sayının artırlması ilə bağlı məsələyə də aydınlıq gətirdi:

“Bu gün və sabah nəqliyyatın hərəkəti ilə bağlı hansısa məhdudiyyət nəzərdə tutulmayıb. Hazırda avtobus sayının artırılmasına ehtiyac yoxdur. Yolların buz hissəsi təmizlənərsə gecikmə halları müşahidə olunmayacaq”.