Diqqət! Mayın 26-da… – Müddət AÇIQLANDIbackend

Magistraturaya qəbul imtahanının ikinci cəhdi 2021-ci il mayın 26-da keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Respublikada sanitar-epidemioloji vəziyyətdən asılı olaraq imtahanın vaxtı dəyişdirilə bilər.  Bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviy­yəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq.