Diqqət! Müddət uzadıldıbackend

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanında iştirak etmək üçün qeydiyyat müddəti uzadılıb.

“Yeni Gündəm”-in Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, bu gün saat 18:00-da başa çatmalı olan qeydiyyat müddəti 13 yanvar saat 09:00-dək uzadılıb.

Qeyd edək ki, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı yanvarın 23-də keçiriləcək.