Diqqət: Yanvarın 12-də…backend

Yanvarın 12-də saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlı müvəqqəti olaraq dayandırılacaq.

Təhsil Nazirliyindən verilən məlumata görə, portalın fevral ayının II yarısında aktiv edilməsi planlaşdırılır.

Buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.