Diqqətli olun, bu vaksinlərə “yox” deyin” – fransalı diplomatbackend

Fransanın Xarici İşlər Nazirliyi yanında Dövlət katibi Kleman Bon respublika əhalisinin ölkə rəhbərliyinin əmin olduğu ölkələrin vaksinləri ilə peyvənd olunmalı olduğunu bildirib.

“Yeni Gündəm”  “France 2” telekanalına istinadən xəbər verir ki, onun sözlərinə görə, hazırda Avropada COVID-19-un qarşısının alınması üçün 4 təsdiq olunmuş preparat var. Onun fikrincə, Rusiya və Çin istehsalı vaksinlər təsdiq olunmamalıdır.

“İspaniya kimi elə ölkələr var ki, Rusiya və Çin istehsalı olan vaksinlərin istifadəsini təsdiq etmək cəhdləri irəli sürmüşdülər. Fransa öz tərəfdaşlarına səslənir: Diqqətli olun, bu vaksinlərə “yox” deyin”, – deyə fransalı diplomat canlı efirdə vurğulayıb.

K. Bon, həmçinin qeyd edib ki, Fransa mütəmadi olaraq epidemioloji vəziyyətin müxtəlif olduğu ölkələrin siyahısını təhlil edir. Lakin, onun sözlərinə görə, Fransa digər ölkələrdə koronavirusla bağlı vəziyyət pisləşdikdə aviareysləri ləğv etmək niyyətində deyil.