Direktor: Mikayıl Müşfiqə aid olduğu ehtimal olunan qalıqların müayinəsi davam etdirilirbackend

“Mikayıl Müşfiqə aid olduğu ehtimal olunan qalıqların müayinəsi bu gün də davam etdirilir”. Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

O bildirib ki, lakin hələlik bu istiqamətdə konkret bir nəticə yoxdur.

“Onunla yanaşı, digər siyasi xadimlərin də qalıqları var idi. Həmin qalıqların da kimə aid olduğu müəyyənləşdirilməyib”, – Ədalət Həsənov qeyd edib.