Direktorun şagirdləri döyməsi ilə bağlı daha bir açıqlamabackend

Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntülərlə bağlı Nəsimi Rayon Polis İdarəsinin Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

DİN rəsmisi qeyd edib ki, Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntülərdən məlumatlıdılar: “Ərazi üzrə – Nəsimi RPİ-nin 19-cü Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. Hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.