Diyarbəkirli anaların etiraz aksiyasına daha bir ana qoşuldu…backend

Diyarbəkirli anaların dağlara qaçırılan övladlarına qovuşmaq ümidi ilə 143 gün əvvəl HDP-nin Diyarbəkir təşkilatının binası qarşısında başlatdıqları etiraz aksiyasına qoşulanların sayı artmağa davam edir.

“Yeni Gündem” xəbər verir ki, Hakkaridən 10 il əvvəl 14 yaşında olarkən dağa qaçırılan oğlu Fərzəndə üçün gələn ana Vəsilə Alkan da etiraz aksiyasına qoşulub.

Kürdcə açıqlamasında oğlunun diş həkiminə getmək üçün evdən çıxdığını söyləyən Vəsilə ana oğlunu hər yerdə axtardığını, ancaq tapa bilmədiyini bildirib.

Vəsilə Alkan “Sonra oğlum bizə zəng etdi, terror təşkilatının gəlməsinə icazə vermədiyini dedi. Oğlum, gəl, dövlətinə təslim ol. Allah dövlətdən razı olsun. İnşallah hamıya şad xəbər gələr, mən də sevincli bir xəbər alaram”, – deyə vurğulayıb.