Dolğu və botoks etdirənlərə XƏBƏRDARLIQ: Bu vasitələrdən istifadə etməyinbackend
Türkiyənin məşhur kosmetoloqu dolğu və botoksla bağlı xəbərdarlıq edib.
“Yeni Gündəm” Türkiyə mediasına istinadən xəbər verir ki, kosmetoloq Pelin Özgünay insanların botoks və dolgu etdirərkən lisenziyalı məhsulların istifadə edilməsinə, eyni zamanda prosedurların həkimlər tərəfindən həyata keçirilməsinə diqqət etməli olduqlarını vurğulayıb.
Kosmetoloq bildirib ki, çox vaxt cəmiyyətə əks olunan yanlış gözəllik və estetik müalicələrin səriştəsiz fərd və qurumlar tərəfindən həyata keçirilməsi səbəbindən bir çox insan geri dönüşü olmayan problemlərlə üzləşir və ya düzəldici müalicəyə ehtiyac duyur.