Dollar yenidən rekord səviyyədə bahalaşdıbackend

2022-ci ili 18.71 Türkiyə lirəsi səviyyəsində bağlayan dolların məzənnəsi bu gün rekord səviyyəyə yüksəlib.

“Yeni Gundem” xəbər verir ki, dolların məzənnəsi 18.78 TL səviyyəsindən yuxarı qalxalaraq yeni rekord səviyyəyə (18,7868 TL) çatıb.

Avro isə 19,96 TL-yə yüksəlib.

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankında dolların bu günə olan məzənnəsi isə 18.7387 -18.7725 TL, avronun məzənnəsi isə 19.8886 -19.9245 TL təşkil edib.

APA